16:41 30-08-2010
news_image
945
STOLÜSTÜ OYUNLAR

Məmmədov İspaniyadan medalsız qayıdır

İspaniyada şahmat üzrə keçirilən beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edən Nicat Məmmədovun çıxışı uğursuz alınıb.

Qrossmeysterimiz sonuncu – 10 turda xorvatiyalı Vladimir Bukalı məğlub etsə də, 28-ci pillədən yuxarı qalxa bilməyib. Aktivində 7 xal olan həmyerlimiz yarışın qalibi Maksim Rodşteyndən (Yunanıstan) 1,5 xal geri qalıb.

Qeyd edək ki, turnirdə 400-ə yaxın şahmatçı mübarizə aparıb.