08:59 31-08-2010
news_image
795
DİGƏR NÖVLƏR

Milli komandamız Qran-Priyə gedir

Bədii gimnastika üzrə dünya çempionatına hazırlaşan Azərbaycan yığması sentyabrın 3-5-də Qran-Pri silsiləsindən növbəti turnir və İsrailin açıq beynəlxalq çempionatında iştirak edəcək. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, Holon şəhərində baş tutacaq turnirdə ölkəmiz şəxsi və qrup yarışlarında mübarizə aparacaq.

Belə ki, gimnastlarımızdan xalçaya Aliyə Qarayeva, Anna Qurbanova, Samirə Mustafayeva (hər üçü şəxsi), Ceyla Quliyeva, Ayelita Xələfova, Nigar Əbdüsəlimova, Anastasiya Prasolova, Stefani Trayanova və Yevgeniya Jidkovadan ibarət qrup komandası çıxacaq.

Qeyd edək ki, Moskvada keçiriləcək dünya çempionatına idmançılarımız son hazırlıqları da İsraildə keçəcəklər.