10:12 31-08-2010
news_image
1053
DİGƏR NÖVLƏR

Prezident İlham Əliyev Olimpiya Oyunlarında yüksək nəticə göstərmiş idmançıları mükafatlandırıb

Prezident İlham Əliyev Sinqapurda keçirilən yeniyetmələrin I Olimpiya Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Apasport.az saytının xəbərinə görə, yeniyetmələrin I Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə ayrılan mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

- birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;
- ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə isə 15 min manat.

Sərəncamdan irəli gələn məsələləri həll etmək Azərbaycan Nazirlər Kabinetinə tapşırılıb.