17:32 31-08-2010
news_image
2296
DİGƏR NÖVLƏR

Robbenin dərdinə dərman tapıldı - FOTOSESSİYA

Məşhur kolumbiyalı modelyer Sandra Milena futbola böyük sevgisinin olduğunu açıqlayıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı modeldə bu sevgini Hollandiya yığmasının üzvü Aryen Robben yaradıb.

Sandra holland futbolçuya sevgisini narıncı formada şəkillər çəkdirməklə bildirsə də, hələ də ona qovuşa bilmir.

Milena deyib ki, bircə gün Robbenlə bir yerdə olsa, ona həyatının ən xoş anlarını yaşadar və bu, zədədən əziyyət çəkən futbolçunun sağalmasına kömək edər.

Sandra xeyli vaxtdır yaşıl meydandan uzaq düşən Hollandiya millisinin üzvünün müalicəsinin düzgün aparılmamasından da narahatdır: “Onun müalicəsi düzgün getmir. 2 aydan sonra meydana qayıtmalı olsa da, bu ilin sonuna kimi davam edəcək. Mən onun hər iki “cəbhədə” qolları sıralamasını gözləyirəm”.