09:38 01-09-2010
news_image
838
STOLÜSTÜ OYUNLAR

“Baku Open Cup-2010”da gözlənilən sonluq

Paytaxtımızda keçirilən “Baku Open Cup-2010” turnirinin qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 9 turdan sonra 7,5 xal toplayan yarışın reytinq-favoriti Qata Kamski (ABŞ) çempion adını qazanıb.

İkinci yeri ondan 0,5 xal az yığan İsrail təmsilçisi Emil Sutovski tutub. Üçüncü pillədə isə Aleksey Aleksandrov (Bolqarıstan) qərarlaşıb.

“Baku Open Cup-2010”da mübarizə aparan həmyerlilərimizdən ən yaxşı nəticəni Nicat Abasov göstərib. O, 7 xal toplasa da əmsallara görə 5-ci olub.

Qeyd edək ki, 60 min ABŞ dolları mükafat fondu olan turnirin qalibi Kamski 1-ci olmaqla yanaşı, 10 min dollara da sahib olub.