14:58 01-09-2010
news_image
729
DİGƏR NÖVLƏR

Olimpiya çempionumuz reytinq cədvəlində 35 pillə irəlilədi

Beynəlxalq Atıcılıq Federasiyası (İSSF) sentyabr ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan snayperlərindən Olimpiya çempionumuz Zemfira Meftahəddinova birdən-birə 35 pillə irəliləyib.

Stend atıcılığının skit növündə yarışan atıcımız reytinq cədvəlində 52-ci pillədən 17-ci yerə yüksəlib.

Ondan fərqli, Almaniyada keçirilən dünya çempionatından sonra Afina-2004-ün bürünc mükafatçısı İradə Aşumova isə geriləyib. Yığmamızın baş məşqçisi və idmançısı 10 metr məsafəyə atəş açmaqda 8 (25-ci pillədən 33-cü yerə), 25 metrdən hədəfi nişan almaqda 4 (21-ci pillədən 25-ci yerə) pillə aşağı enib.