09:48 02-09-2010
news_image
654
DİGƏR NÖVLƏR

2 idmançımız dünya çempionatına yollandı

Sabah ABŞ-ın Aydaho-Fols şəhərində pauerliftinq üzrə dünya çempionatı start götürəcək. Azərbaycan Pauerliftinq Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığmamız bu mötəbər yarışda 2 idmançı ilə təmsil olunacaq.

Çəkisi 90 kq olan pauerliftinqçilərin mübarizəsində Ceyhun Vəliyev, 100 kq olan atletlər arasında isə Qismət Sadıqov çempion olmağa çalışacaq.

Qeyd edək ki, 2 gün davam edəcək dünya çempionatına sentyabrın 4-də yekun vurulacaq.