08:44 06-09-2010
news_image
611
DİGƏR NÖVLƏR

“Bosfor kuboku”nda 3 gimnastımız iştirak edəcək

Sentyabrın 25-də Türkiyənin paytaxtı İstanbulda gimnastika üzrə ənənəvi “Bosfor kuboku” start götürəcək. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, bu beynəlxalq turnirdə Azərbaycan idmançıları da mübarizə aparacaqlar. Ölkəmizin idman şərəfini 3 gimnast – böyüklər arasında Uğur Xəlilbəyli, yeniyetmələrin yarışında isə Elvin Ağadadayev və Ruslan Balakişiyev qoruyacaqlar.

Qeyd edək ki, yarış 2 gün davam edəcək.