16:03 06-09-2010
news_image
767
DİGƏR NÖVLƏR

“Mənim “qara bazar”dan xəbərim yox idi”

“İdman mərc oyunlarının leqallaşdırılması ilə bağlı proseslər davam edir. Nazirlər Kabineti bu məsələ ilə bağlı iki sərəncam imzalayıb. İndi Vergilər və Maliyyə nazirlikləri də bu işlə məşğuldur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan gənclər və idman naziri Azad Rəhimov deyib.

Ölkəmizdə idman mərc oyunlarının leqallaşdırılması məsələsinə də toxunan Rəhimov qanunsuz fəaliyyət göstərən kontorların bağlanacağını bildirib: “Bu işlərlə “Azintelteks” şirkəti məşğul olur. Ümumi gəlirin 6 faizi dövlət büdcəsinə keçiriləcək. Artıq 7-10 günə kontorlar fəaliyyətə başlaya bilər. 400-ə yaxın məntəqədə kompüterlər vasitəsilə treninqlər aparılır. Bu işlə məşğul olana qədər “qara bazar”dan xəbərim yox idi. “Qara bazar” bağlanmalıdır. Vergi ödəməyən, fəaliyyəti qanuna əsasən tənzimlənməyənlərin işi dayandırılmalıdır. Azərbaycanda idman mərc oyunlarının leqallaşması Unibank Premyer Liqasına təsir etməyəcək. Çünki çempionatımızın oyunlarına pul qoyuluşu qəbul olunmayacaq”.