18:00 06-09-2010
news_image
1652
DİGƏR NÖVLƏR

“Formula-1-in tikintisi üçün şəxsi təklif olsa, dövlət etiraz etməyəcək”

“Hazırda digər idman növləri üzrə idman komplekslərinin tikintisi gedir və davam edəcək. Lakin yaxın illərdə Formula-1 trasının inşasını planlaşdırmırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov deyib.

Rəhimov bildirib ki, bu trasın tikintisi üçün 3-5 milyon manat vəsait lazımdır və şəxsi təklif olsa dəyərləndirilə bilər: “Qarşıdakı illərdə belə bir trasın tikilməsini gözləməyin. Lakin şəxsi təklif olsa, tikinti üçün dövlət etiraz etməyəcək. Bunun inşasına isə təxminən 3-5 milyon manat lazımdır”.