08:47 07-09-2010
news_image
753
DİGƏR NÖVLƏR

Yığmamız Avropa Xüsusi Yay Olimpiya Oyunlarına yollanır

Sentyabrın 14-26-da Polşanın paytaxtı Varşavada Avropa Xüsusi Yay Olimpiya Oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan bu mötəbər oyunlarda 28 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunacaq. İdmançılarımız pauerliftiq, stolüstü tennis, atletika və basketbol (qızlar) üzrə yarışlarda mübarizə aparacaqlar.
Qeyd edək ki, Xüsusi Yay Olimpiya Oyunlarında 56 ölkədən 1500 idmançı və 600 məşqçi iştirak edəcək.