09:36 14-09-2010
news_image
704
DİGƏR NÖVLƏR

Yığmamızın dünya çempionatı üçün heyəti açıqlandı

Bədii gimnastika üzrə Moskvada keçiriləcək dünya çempionatına yollanacaq Azərbaycan yığmasının heyəti açıqlanıb. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, Rusiyada ölkəmizi şəxsi yarışlarda Aliyə Qarayeva, Anna Qurbanova və Samirə Mustafayeva təmsil edəcəklər. Qrup komandalarının mübarizəsində isə xalçaya Ceyla Quliyeva, Anastasiya Prasolova, Nigar Əbdüsəlimova, Ayelita Xələfova, Stefani Trayanova və Yevgeniya Jidkovadan ibarət yığmamız çıxacaq.

Qeyd edək ki, Moskvada təşkil ediləcək dünya çempionatı sentyabrın 20-də start götürəcək və 6 gün davam edəcək.