14:57 16-09-2010
news_image
1025
STOLÜSTÜ OYUNLAR

Tanınmış Azərbaycan şahmatçısı dünyasını dəyişib

Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz verib. Apasport.az saytının məlumatına görə, uzun illər ölkə şahmatının inkişafında yaxından iştirak edən Oleq Timofeyeviç Pavlenko 68 yaşında dünyasını dəyişib.

1942-ci ildə Bakı şəhərində anadan olan Pavlenko 1959-cu ildən 1975-ci ilə qədər keçmiş SSRİ Xalqlar Spartakiadasında Azərbaycan milli komandasının şərəfini qoruyub. 1960-cı ildə SSRİ - Yunanıstan dostluq matçında gənclərdən ibarət komandada SSRİ-ni təmsil edib. Veteranlar arasında keçirilən Azərbaycan çempionatının mükafatçısı olub.

Pavlenko ömrünün son 20 ilini Azərbaycanda istedadlı şahmatçıların üzə çıxmasına sərf edib. Onun məşqçi-müəllim kimi çoxsaylı istedadlı şahmatçıların inkişafında böyük əməyi olub.

Allah rəhmət eləsin!