09:46 20-09-2010
news_image

Yığmamız Şirinlinin hesabına 21-ci yerə yüksəldi

Bolqarıstanın Sofiya şəhərində keçirilən gənclər arasında cüdo üzrə Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa 8 cüdoçu ilə qatılan Azərbaycan yığmasının qazancı cəmi 1 bürünc medal olub. Çempionatın ilk günündə Vüqar Şirinlinin (60 kq) uğurunu davam etdirən idmançı olmayıb.

Nəticədə yarışı 1 bürünc medalla başa vuran komandamız 42 ölkə arasında 21-ci yeri tutub.