09:13 22-09-2010
news_image
973
DİGƏR NÖVLƏR

Qarayeva Moskvada bürünc qazandı

Bədii gimnastika üzrə dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, Rusiyada təşkil olunan sayca XXX turnirin ilk günü Azərbaycan idmançıları üçün uğurlu alınıb. Belə ki, gimnastlarımız Moskvada medal qazanan 3 ölkə sırasına daxil olublar.

Yarışın ilk günündə ip və halqa ilə fərdi yarışlarda mükafatçılar müəyyənləşib. Rusiyalılar Darya Kondakova və Yevgeniya Kanayeva yüksək əyarlı medalları öz aralarında bölüşdürüblər. Onlar hərəyə bir qızıl və bir gümüş qazanıblar. Kondakova iplə (28,750) yarışda həmyerlisini 0,150 xal qabaqlayıb. Halqa ilə yarışda isə Yevgeniya (29,200) komanda yoldaşından 0,300 xal üstün olub. Bir sözlə Rusiyanın qonaqları yalnız bürünclə kifayətlənməli olublar. İplə yarışda buna belaruslu Melitina Stanyuta (27,650) nail olub. Azərbaycan milli komandasının üzvü Aliyə Qarayeva isə halqa ilə hərəkətlər də üçüncü olub. Həmyerlimiz 27,675 xalla gümüş mükafatçıdan 1,225 xal geri qalıb. Bununla da Aliyə Moskvadakı çempionatda ölkəmizə ilk bürünc medalı qazandırıb.

Qeyd edək ki, dünya çempionatına sentyabrın 26-da yekun vurulacaq.