13:40 23-09-2010
news_image
1010
DİGƏR NÖVLƏR

Azərbaycan komanda hesabında dünya üçüncüsüdür

Bədii gimnastika üzrə Moskvada keçirilən dünya çempionatının 4-cü günü idmançılarımız üçün uğurla başlayıb. Apasport.az saytının məlumatına görə, fərdi gimnastların 4 növdə nümayiş etdirdikləri çıxışların yekununda Aliyə Qarayeva, Anna Qurbanova və Samirə Mustafayevadan ibarət yığmamız 265,225 xala sahib olaraq komanda hesabında bürünc medala layiq görülüb. Təmsilçilərimizi yalnız Rusiya və Belarus gimnastları qabaqlamağı bacarıblar.

Qeyd edək ki, sentyabrın 26-da yekunlaşacaq dünya çempionatında bundan öncə halqa ilə hərəkətlərdə Aliyə Qarayeva bürünc medal qazanmışdı.