14:47 23-09-2010
news_image
1138
STOLÜSTÜ OYUNLAR

Olimpiadada kütləvi zəhərlənmə

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında kütləvi zəhərlənmə baş verib. Apasport.az saytının məlumatına görə, məsul turnirdə 30-dan çox uşağın səhhətində problem yaranıb. Sentyabrın 22-dən 23-nə keçən gecə 31 uşaq tibbi yardım məqsədilə xəstəxanaya müraciət edib. Onlardan 18-i xəstəxanada yerləşdirilib. İlkin diaqnoz qida zəhərlənməsidir. Həmin uşaqlar Kurqansk vilayətindən gəlib.

Qeyd edək ki, faktla bağlı cinayət işi açılıb. Hazırda yarış keçirilən, uşaqların qidalandığı mərkəzin yeməkxanasında yoxlamalar aparılır. İstintaqın gedişi Yuqra prokurorluğunun nəzarəti altındadır.