16:52 23-09-2010
news_image
602
STOLÜSTÜ OYUNLAR

Məşhur şahmatçı ağır vəziyyətdə xəstəxanaya çatdırıldı

Şahmat üzrə dünya çempionu Boris Spasski təcili olaraq Moskva klinikalarından birinə yerləşdirilib. Apasport.az saytının məlumatına görə, insult diaqnozu xəstəxanaya çatdırılan beynəlxalq qrossmeysterin vəziyyəti ağır olduğundan, birbaşa reanimasiya otağına qaldırılıb.

Həkimlərin verdiyi məlumata görə, Spasskinin beynində qan dövranı pozulub və vəziyyəti ağırdır. Onun həyatını xilas etmək üçün bütün lazımı tədbirlər görülür.

Qeyd edək ki, 1962-ci ildə SSRİ çempionu olan Spasski 1972-ci ildə şahmat tacını da qazanıb.