12:01 24-09-2010
news_image
1073
DİGƏR NÖVLƏR

Yarışı izlə, qalib olmaq imkanı qazan!

Sabah Bakıda növbəti cıdır yarışları təşkil olunacaq. Azərbaycan Atçılıq Federasiyasından apasport.az saytına verilən məlumata görə, Dövlət Cıdır Meydanında 6 kateqoriya üzrə baş tutacaq turnirdə jokeylər İngilis, Ərəb, Qarabağ və Dilbaz cinsli atlarda öz məharətini göstərəcəklər.

Müxtəlif yaş və cins kateqoriyalarına əsasən cıdır məsafələri 1400 metrdən 2400 metrə qədər dəyişəcək.

Yarışda uduşlu lotereyalar paylanacaq və tamaşaçılar arasında qaliblər müəyyənləşəcək.
Qeyd edək ki, cıdır yarışları saat 15:00-da start götürəcək.