18:10 25-09-2010
news_image
1829
STOLÜSTÜ OYUNLAR

Olimpiya çempionları yığmamıza xal vermədi - YENİLƏNİB

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasının V turunun oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, kişil və qadınlardan ibarət Azərbaycan yığmaları növbəti görüşlərini keçiriblər.

Tur kişi şahmatçılarımızın qələbəsi ilə nəticələnib. Komandamız İsveç millisini məğlubiyyətə uğradıb – 2,5:1,5.

Qadınlardan ibarət yığmamız isə olimpiya çempionu Gürcüstanla qarşılaşıb. Bu oyunda komandamız yarım xal belə olsun qazana bilməyib.


IV tur
Kişilər
Azərbaycan – İsveç - 2,5:1,5


Şəhriyar Məmmədyarov (2756) – Emanuel Berq (2616) - 1:0
Teymur Rəcəbov (2748) – Yevgeni Aqrest (2585) - 0,5:0,5
Qədir Hüseynov (2611) – Tayger Hillarp Persson (2517) - 1:0
Eltac Səfərli (2607) – Nils Qrandeus (2500) - 0:1

Qadınlar
Azərbaycan - Gürcüstan - 0:4


Zeynəb Məmmədyarova (2234) – Nana Dzaqnidze (2534) - 0:1
Türkan Məmmədyarova (2301) – Lela Cavaxişvili (2451) - 0:1
Gülnar Məmmədova (2293) – Salome Melia (2439) - 0:1
Nərgiz Umudova (2251) – Sopika Xuxaşvili (2422) - 0:1