23:03 25-09-2010
news_image
873
STOLÜSTÜ OYUNLAR

Azərbaycan Hindistan və Türkiyə ilə oynayacaq

Azərbaycan yığmalarının Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti rəqibləri bəlli olub. Apasport.az saytının xəbərinə görə, kişilərdən ibarət komandamız VI turda Hindistanla qarşılaşacaq. Qadın şahmatçılarımızın rəqibi isə türkiyəli iti zəka sahibləridir.

Qeyd edək ki, bu gün yarış iştirakçıları istirahət edəcəklər. Olimpiadanın VI turu sentyabrın 27-də keçiriləcək.