18:11 27-09-2010
news_image
2304
STOLÜSTÜ OYUNLAR

Hindistanı da udduq, Türkiyəni də - YENİLƏNİB

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında VI turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, ilk 5 turdan sonra turnir cədvəlinin 9-cu pilləsində yer alan kişilərdən ibarət yığmamız Hindistanla üz-üzə gəlib. Millimiz bu qarşılaşmadan qələbə ilə ayrılıb.

Qadınlardan ibarət komandamız da turu qələbə ilə başa vurub. Zəriflərimiz türkiyəli həmkarlarından güclü olublar.

VI tur
Kişilər
AZƏRBAYCAN – HİNDİSTAN - 3:1


Şəhriyar Məmmədyarov (2756) – Krişnan Sasikiran (2681) - 1:0
Teymur Rəcəbov (2748) – Pentala Harikrişna (2645) - 0,5:0,5
Rauf Məmmədov (2660) – Şekar Surya Ganquli (2650) - 1:0
Qədir Hüseynov (2611) – Baskaran Adhiban (2516) - 0,5:0,5

Qadınlar
AZƏRBAYCAN - TÜRKİYƏ - 3:1


Zeynəb Məmmədyarova (2234) – Cemre Betul Yıldız (2252) - 1:0
Türkan Məmmədyarova (2301) – Kubra Ozturk (2235) - 1:0
Nərgiz Umudova (2251) – Emel Kaya (2070) - 0,5:0,5
Xəyalə İsgəndərova (2172) – Burcu Sasmazel (1909) - 0,5:0,5