18:30 28-09-2010
news_image
4412
STOLÜSTÜ OYUNLAR

Ermənistan ilk məğlubiyyətini Azərbaycandan aldı - YENİLƏNİB

Rusiyanın Xantı-Mansiysk şəhərində davam edən Ümumdünya Şahmat Olimpiadasında VII turun oyunları keçirilib. Apasport.az saytının xəbərinə görə, Azərbaycan yığmaları günü fərqli nəticə ilə başa vurublar.

Kişilərdən ibarət millimiz bu turadək uduzmayan Ermənistan yığması ilə qarşılaşıb. Komandamız yalnız Qədir Hüseynovun qələbəsi sayəsində işğalçı ölkə təmsilçisinə məğlubiyyət yaşadıb. Şahmatçımız dördüncü lövhədə Arman Paşikyanı təslim olmağa məcbur edib. Digər 3 lövhədə isə heç-heçə qeydə alınıb. Şəhriyar Məmmədyarov Levon Aronyanla, Rauf Məmmədov Qabriel Sarkisyanla, Teymur Rəcəbov isə Vladimir Akopyanla xalları yarı bölüb.

Qadın komandamız isə turu məğlubiyyətlə başa vurub. Millilərimiz bu dəfə Yunanıstana uduzub.

VII tur
Kişilər
ERMƏNİSTAN – AZƏRBAYCAN - 1,5:2,5

Levon Aronyan (2783) - Şəhriyar Məmmədyarov (2756) - 0,5:0,5
Vladimir Akopyan (2691) - Teymur Rəcəbov (2748) - 0,5:0,5
Qabriel Sarkisyan (2677) - Rauf Məmmədov (2660) - 0,5:0,5
Arman Paşikyan (2639) - Qədir Hüseynov (2611) - 0:1

Qadınlar
YUNANISTAN – AZƏRBAYCAN - 2,5:1,5

Yelena Dembo (2452) - Zeynəb Məmmədyarova (2234) - 0,5:0,5
Anna-Mariya Botsari (2302) - Türkan Məmmədyarova (2301) - 0,5:0,5
Marina Makropoulou (2230) – Gülnar Məmmədova (2293) - 1:0
Yekaterini Faxiridou (2208) - Xəyalə İsgəndərova (2172) - 0,5:0,5