09:41 29-09-2010
news_image
634
STOLÜSTÜ OYUNLAR

3 şahmatçımız Avropa çempionu oldu

Gürcüstanın Batumi şəhərində şahmat üzrə yeniyetmə və gənclər arasında keçirilən Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa 80-dək zəka sahibi ilə yollanan Azərbaycan yığması vətənə 3 qızıl medalla qayıdıb.

Belə ki, 9 turdan sonra 8 xal toplayan Vasif Durarbəyli (18 yaş) və Abdulla Qədimbəyli (8 yaş) həmyaşıdları arasında Avropa çempionu adın qazanıblar.

14 yaşlı qızların yarışında mübarizə aparan Ülviyyə Fətəliyeva da bütün rəqiblərini geridə qoymağı bacarıb və 9 oyundan 7,5 xal toplayan xanım şahmatçımız qitənin ən güclüsü olub.