17:22 29-09-2010
news_image
2568
STOLÜSTÜ OYUNLAR

Macarıstanla heç-heçə, Ekvador bizə rəqib deyil

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasının VIII turu yığmalarımız üçün fərqli nəticələrlə yekunlaşıb. Apasport.az saytının məlumatına görə, bu dəfə kişilərdən ibarət milli komandamız qələbəni əldən verib.

Onlar 8-ci oyununda ilk heç-heçlərini rəsmiləşdiriblər. Zəka sahiblərimiz Macarıstan yığması ilə görüşdə ilk 3 lövhədə qarşılaşmalar başa çatdıqdan sonra 2:1 hesabı ilə irəlidə olsa da, sonuncu təmsilçimiz Qədir Hüseynovun məğlubiyyəti turda 1 xal qazanmağımızla nəticələnib.

Bir gün öncə Yunanıstana uduzan qadın yığmamız isə məğlubiyyətdən nəticə çıxarıb. Xanım idmançılarımız yunanların heyfini Ekvador milli komandasından alıblar. Cənubi amerikalıların 3 şahmatçısını mat qoyan təmsilçilərimizdən yalnız biri sonda heç-heçəyə razılaşıb.

VIII tur
Kişilər
MACARISTAN - AZƏRBAYCAN - 2:2


Peter Leko (2724) - Şəhriyar Məmmədyarov (2756) - 0,5:0,5
Zoltan Almasi (2707) - Teymur Rəcəbov (2748) - 0:1
Yudit Polqar (2682) - Rauf Məmmədov (2660) - 0,5:0,5
Ksaba Balog (2608) - Qədir Hüseynov (2611) - 1:0

Qadınlar
EKVADOR - AZƏRBAYCAN - 0,5:3,5


Marta Fyerro (2368) - Zeynəb Məmmədyarova (2234) - 0:1
Rosio Vasquez (2227) - Türkan Məmmədyarova (2301) - 0:1
Evelin Monkayo (2127) – Gülnar Məmmədova (2293) - 0,5:0,5
Abiqail Romero (2058) – Nərgiz Umudova (2251) - 0:1