10:55 29-09-2010
news_image
859
STOLÜSTÜ OYUNLAR

Zəif bənd – Paşikyan

Azərbaycan şahmatçıları 2010-cu ildə ikinci dəfə Ermənistan yığmasına qalib gələrək, onlardan güclü olduqlarını bir daha sübut ediblər. Apasport.az saytının məlumatına görə, düşmən ölkənin zəka sahibləri ilə 2010-cu ildə birinci duel yanvarın 5-də olub.

Dünya çempionatı çərçivəsində keçirilən görüşdə də komandamız 2,5:1,5 hesablı qələbə qazanmışdılar. Maraqlıdır ki, həmin qarşılaşmada da Levon Aronyan, Vladimir Akopyan və Tiqran Petrosyan heç-heçə etdiyi halda, Arman Paşikyan Şəhriyar Məmmədyarova uduzmuşdu.

Rusiyanın Xantı-Mansiysk şəhərində davam edən Ümumdünya Şahmat Olimpiadasında da eyni ssenari təkrar olunub. Hər iki yığmada dəyişikliyə baxmayaraq, Ermənistandan götürdüyümüz “girov” yenə də Paşikyandır. O bu dəfə Qədir Hüseynovla oyunda mat qalıb. Digər 3 lövhədə isə bir daha heç-heçə qeydə alınıb. Şəhriyar Məmmədyarov Levon Aronyanla, Rauf Məmmədov Qabriel Sarkisyanla, Teymur Rəcəbov isə Vladimir Akopyanla xalları yarı bölsələr də, Hüseynovun qələbəsi 2,5:1,5 hesablı qalibiyyətimizi təmin edib.

Dünya çempionatı
I tur, 5 yanvar
AZƏRBAYCAN - ERMƏNİSTAN - 2,5:1,5


Vüqar Həşimov (2759) - Levon Aronyan (2781) - 0,5:0,5
Teymur Rəcəbov (2733) - Vladimir Akopyan (2678) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (2741) - Arman Paşikyan (2647) - 1:0
Rauf Məmmədov (2640) - Tiqran L Petrosyan (2627) - 0,5:0,5

Olimpiada
VII tur, 28 sentyabr
ERMƏNİSTAN – AZƏRBAYCAN - 1,5:2,5


Levon Aronyan (2783) - Şəhriyar Məmmədyarov (2756) - 0,5:0,5
Vladimir Akopyan (2691) - Teymur Rəcəbov (2748) - 0,5:0,5
Qabriel Sarkisyan (2677) - Rauf Məmmədov (2660) - 0,5:0,5
Arman Paşikyan (2639) - Qədir Hüseynov (2611) - 0:1

Qeyd edək ki, Ermənistan Ümumdünya Şahmat Olimpiadasının son qalibidir.