16:13 29-09-2010
news_image

11 ölkənin yığması Bakıya gəlir

Oktyabrın 9-da Bakıda cüdo üzrə qadınlar arasında Dünya kuboku start götürəcək. Azərbaycan Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, 2 gün davam edəcək yarışda mübarizə aparmaq istəyən ölkələrin sayı artıb.

Belə ki, paytaxtımıza gələcək yığmaların sayı 11-ə çatıb. Almaniya, Kanada, Çin, İsrail, Hollandiya, Polşa və Belarus milli komandalarının ardından Rusiya, Avstriya, Ukrayna və Yunanıstan da Dünya kubokuna qatılacaqlarını təsdiq ediblər.

Xatırladaq ki, Azərbaycan cudoçularının da mübarizə aparacaqları yarış 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterlidir. Yarışın qalibi 100 xal, 2-ci yer 60, 3-cü yerin sahibi isə 40 xal qazanacaq.