17:39 29-09-2010
news_image
751
STOLÜSTÜ OYUNLAR

Kirsan İlyumjinov yenidən FİDE-nin prezidenti seçildi

Kalmıkiya prezidenti Kirsan İlyumjinov FİDE-nin prezident seçkilərində növbəti qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, İlyumjinov rəqibi olan dünya çempionu Anatoli Karpovu 40 səs qabaqlayıb.

Belə ki, səsvermədə 95 ölkə İlyumjinovu, 55 ölkə isə Karpovu dəstəkləyib. Səsvermə zamanı 13 bülleten etibarsız sayılıb.

Qeyd edək ki, İlyumjinov 1995-ci ildən FİDE-nin prezidentidir.