10:09 30-09-2010
news_image
985
STOLÜSTÜ OYUNLAR

Topalovun meneceri Avropa Şahmat Birliyinin prezidenti seçildi - FOTO

Beynəlxalq Şahmat Federasiyasına (FİDE) prezident seçkilərindən sonra Avropa Şahmat Birliyinin (AŞB) də yeni rəhbərinin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, səsvermədə bolqarıstanlı Silvio Danailov bu posta namizəd türkiyəli Əli Nihat Yazıçını 6 səs qabaqlayaraq, prezident seçilib.

30 Avropa ölkəsinin səsini toplayan 49 yaşlı Danailov böyük şahmat layihələrinin qurucusu və Veselin Topalovun şəxsi meneceri tanınır.

Qeyd edək ki, AŞF-a 12 ildir sloveniyalı Boris Kutin rəhbərlik edirdi.