18:10 30-09-2010
news_image
3527
STOLÜSTÜ OYUNLAR

Şəhriyarın qələbəsi heç-heçəyə də yetmədi

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında IX turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, dünən Macarıstanla heç-heçə edərək 13 xalla turnir cədvəlinin 4-cü pilləsindəki yerini qoruyan kişilərdən ibarət milli komandamız Ukrayna ilə görüşdə uduzub.

İlk görüşdə Rauf Məmmədovun Pavel Elyanova məğlubiyyətindən sonra Teymur Rəcəbovun Ruslan Ponomaryovla sülh bağlaması və Şəhriyar Məmmədyarovun Vasili İvançuka (2754) qalib gələrək matçda bərabərlik yaratması da yığmamıza kömək olmayıb.

Komandamızın debütantı Eltac Səfərli son dueldə qələbə qazana bilməyib. Nəticədə Zurab Azmayparaşvilinin yetirmələri ikinci dəfə turu xalsız başa vurublar. Rəqibimiz Ukrayna isə Olimpiadada məğlubiyyətsiz oyunlar seriyasını davam etdirir. Onlar yarışda 7 qələbə və 2 heç-heçəyə imza atıblar.

VIII turda Ekvador üzərində 3:1 hesabı ilə inamlı qələbə qazanaraq 25-ci yerə yüksələn qadınlardan ibarət yığmamız isə kişilərdən fərqli, bu turda da uğurlu oyunlar seriyasını davam etdirib. Onlar turnir cədvəlində özlərindən 2 pillə aşağı olan Litva şahmatçılarına 3,5:0:5 hesabı ilə qalib gəliblər.


IX tur
Kişilər
AZƏRBAYCAN - UKRAYNA - 1,5:2,5


Şəhriyar Məmmədyarov (2756) – Vasili İvançuk (2754) - 1:0
Teymur Rəcəbov (2748) – Ruslan Ponomaryov (2749) - 0,5:0,5
Rauf Məmmədov (2660) – Pavel Elyanov (2761) - 0:1
Eltac Səfərli (2607) – Zahar Yefimenko (2683) - 0:1

Qadınlar
AZƏRBAYCAN - LİTVA - 3,5:0,5


Zeynəb Məmmədyarova (2234) – Deimante Daulite (2307) - 1:0
Türkan Məmmədyarova (2301) – Simona Limontaite (2187) - 1:0
Gülnar Məmmədova (2293) – Zivile Sarakauskine (2171) - 0,5:0,5
Nərgiz Umudova (2251) – Viktoriya Beynorayte (2053) - 1:0