16:18 30-09-2010
news_image
1662
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan idmançıları Yaltada qəzaya düşüblər - FOTOSESSİYA

Azərbaycan idmançıları Yaltada qəzaya düşüblər. APA-nın Ukrayna KİV-nə istinadən verdiyi məlumata görə, mikroavtobusun aşması nəticəsində sürücü və 2 idmançı ağır xəsarət alıb. Pəhləvanlarımız Yaltaya şərq döyüşü üzrə yarışlara gediblər.

Dövlət Avtomobil Müfəttişliyindən bildirilib ki, mikroavtobusun sürücüsü idarəetməni itirib, “Mercedes Sprinter” markalı mikroavtobus yoldan çıxaraq bir neçə dəfə çevrilib.

Güclü zərbə nəticəsində Azərbaycanın yeniyetmə idmançılarından biri yan, digəri isə ön pəncərədən yerə düşüb. Xoşbəxtlikdən onların xəsarətləri ağır deyil. Sürücü və mikroavtobusda olan digər 2 idmançı isə ağır zədə alıb. Yaralılar 6 saylı Simferopol xəstəxanasına çatdırılıb.