18:18 30-09-2010
news_image
1329
DÖYÜŞ NÖVLƏRİ

Ukraynada qəzaya uğramış Azərbaycan idmançılarının adları açıqlandı

Krımda qəzaya uğramış Azərbaycan idmançılarından bəzilərinin adı məlum olub. APA-nın məlumatına görə, qəza nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılardan məşqçi Ramin Allahverdiyev, idmançı Tural Qasımov və Ceyhun adlı idmançının adı açıqlanıb. Ceyhunun vəziyyəti ağır qiymətləndirilir, o belindən ağır yaralanıb.

Xatırladaq ki, bu gün Yaltaya Şərq döyüş növləri üzrə yarışlara gedən Azərbaycan idmançılarını aparan «Mercedes Sprinter» markalı mikroavtobus qəzaya uğrayıb.