18:47 01-10-2010
news_image
2822
STOLÜSTÜ OYUNLAR

İtaliya ilə heç-heçə, Macarıstan üzərində qələbə - YENİLƏNİB

Rusiyanın Xantı-Mansiysk şəhərində davam edən Ümumdünya Şahmat Olimpiadasında bu gün X turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, son 2 turda Macarıstan ilə heç-heçə edən və Ukraynaya məğlub olaraq turnir cədvəlinin 13-cü pilləsinə enən kişilərdən ibarət milli komandamız İtaliyaya da qalib gələ bilməyib.

Qrossmeysterlərimizdən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun heç-heçə etdiyi görüşdə yalnız Eltac Səfərli qələbə qazanıb. Lakin onun əziyyətini Qədir Məmmədov heçə endirib. Belə ki, təmsilçimiz Daniel Vokaturo ilə dueldən məğlub ayrılaraq yığmamızın görüşü 1 xalla başa vurmasına səbəbkar olub. Nəticədə aktivində 14 xalı olan milli komandamız Olimpiadanın başa çatmasına 1 tur qalmış ilk 2 pillədən əlini üzüb. Yığmamız ilə eyni xal toplayan digər rəqiblərin oyunundan sonra isə komandamızın bürünc medal uğrunda mübarizəni davam etdirib-etdirməyəcəyi müəyyənləşəcək.

Ardıcıl 2 rəqibini məğlub edərək 14-cü yerə yüksələn qadınlardan ibarət yığmamız isə Macarıstan komandası ilə görüşdə də qələbə seriyasını davam etdirib. Onlar rəqiblərinə 3:1 hesabı ilə qalib gələrək ilk “onluq”da yer almaq şansı qazanıblar.

X tur
Kişilər
İTALİYA - AZƏRBAYCAN - 2:2


Fabiano Karuana (2700) - Şəhriyar Məmmədyarov (2756) - 0,5:0,5
Miçel Qodina (2551) - Teymur Rəcəbov (2748) - 0,5:0,5
Daniel Vokaturo (2581) – Qədir Hüseynov (2611) - 1:0
Sabino Brunello (2497) - Eltac Səfərli (2607) - 0:1

Qadınlar
AZƏRBAYCAN - MACARISTAN - 3:1


Zeynəb Məmmədyarova (2234) – Tranq Hoanq (2482) - 1:0
Türkan Məmmədyarova (2301) – İldiko Madl (2397) - 0,5:0,5
Gülnar Məmmədova (2293) – Szidoniya Vajda (2342) - 0,5:0,5
Nərgiz Umudova (2251) – Anna Rudolf (2366) - 1:0