17:04 03-10-2010
news_image
1905
STOLÜSTÜ OYUNLAR

Kişi şahmatçılarımız heç-heçə ilə kifayətləndi, xanımlar qələbə qazandı - YENİLƏNİB

Bu gün Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, İsveçrə sistemi ilə keçirilən və 11 turdan ibarət olan yarışın sonuncu qarşılaşmaları baş tutub. Rusiyada təşkil olunan yarışın iştirakçıları arasında olan kişilərdən və qadınlardan ibarət Azərbaycan milli komandaları da son görüşlərinə çıxıblar.

Zurab Azmayparaşvilinin kapitanı olduğu kişilərdən ibarət yığmamız Rusiyanın üçüncü komandası ilə görüşüb. Bu turda Qədir Hüseynov komanda yoldaşlarına kömək etməyib. Onun yoxluğunda komandamız heç-heçə ilə kifayətlənib. Teymur Rəcəbiv qələbə qazansa da, Eltac Səfərlinin məğlubiyyəti bərabərliyə səbəb olub.

Fikrət Sideifzadənin kapitanı olduğu qadınlardan ibarət komandamız isə yarışı Xəyalə İsgəndərovasız bitirib. Kişilərdən fərqli favorit sayılmayan yığmamız Vyetnamı da məğlub edib.

XI tur
Kişilər

Azərbaycan – Rusiya
- 2:2
Şəhriyar Məmmədyarov (2756) - Dmitri Yakovenko (2726) - 0,5:0,5
Teymur Rəcəbov (2748) – Aleksandr Motılyov (2694) - 1:0
Rauf Məmmədov (2660) – Sergey Rublyovski (2683) - 0,5:0,5
Eltac Səfərli (2607) – Aleksey Pridorojnı (2556) - 0:1

Vyetnam – Azərbaycan - 1,5:2,5
Hoanq Ti Bao Tram (2285) – Zeynəb Məmmədyarova (2234) - 0:1
Pam Le Tao Nquyen (2304) – Türkan Məmmədyarova (2301) - 1:0
Nquyen Ti Tan An (2306) - Gülnar Məmmədova (2293) - 0,5:0,5
Hoanq Ti Nu Ye (2214) - Nərgiz Umudova (2251)
- 0:1