09:53 04-10-2010
news_image

Titulu qorumaq üçün Xorvatiya sınağı

Oktyabrın 7-də Xorvatiyada usta cüdoçular arasında Avropa çempionatına start veriləcək. Azərbaycan Cüdo Federasiyasından apasport.az saytına verilən məlumat görə, 3 gün davam edəcək yarışda Azərbaycan yığması Zülfüqar Hüseynov, Müşviq Cəfərov (hər ikisi 66 kq), Rafiq Hüseynov, Mübariz Cəfərov, Seyfəl Əsgərov (hər üçü 81 kq), Fərhad Rəcəbli (90 kq), Azər Əsgərov (100 kq) və xanım cüdoçumuz Zülfiyyə Hüseynova (78 kq) ilə təmsil olunacaq.

Xatırladaq ki, ötən il keçirilən Avropa çempionatında veteran cüdoçularımız - Fərhad Rəcəbli, Məhəmməd Müslümzadə və Zülfiyyə Hüseynova öz çəki dərəcələrində qızıl medalın sahibi olmuşdurlar.