13:09 05-10-2010
news_image

Uğursuz Moskva səfəri

Rusiyada sambo üzrə keçirilən Dünya kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda 6 idmançı ilə təmsil olunan Azərbaycan yığması Moskvadan vətənə əliboş dönüb. Komandamızın üzvləri ikinci döyüşlərindən sonra mübarizəni dayandırıblar.

Qeyd edək ki, samboçularımızı qarşıda daha 1 sınaq gözləyir. Bu dəfə gənclər və yeniyətmələrdən ibarət yığmamız Gürcüstanda baş tutacaq dünya çempionatında qüvvəsini sınayacaq. Oktyabrın 7-11-də keçiriləcək yarışda ölkəmizi 16 idmançı təmsil edəcək.