Gürcüstanda sambo üzrə yeniyetmələr və gənclər arasında keçirilən dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa 16 idmançı ilə qatılan Azərbaycan yığması vətənə 4 medalla qayıdıb.
İdmançılarımızdan Seymur Bədəlov (90 kq) gümüş, Alı Quliyev (48 kq), Pərviz Şükürov (56 kq) və Vüqar Məmmədov (62 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, samboçularımızı noyabrın 4-7-də daha ciddi yarış gözləyir. Bu dəfə böyüklərdən ibarət milli komandamız Daşkənddə keçiriləcək dünya çempionatında güclərini yoxlayacaqlar.

16:49