23:04 13-10-2010
news_image
1218
DİGƏR NÖVLƏR

Gürcüstan sınağı

2 gündən sonra Gürcüstanın paytaxtı Tiflisdə güllə atıcılığı üzrə ənənəvi beynəlxalq turnirə start veriləcək. Apasport.az saytının xəbərinə görə, oktyabrın 27-dək davam edəcək yarışda Azərbaycandan olan snayperlər də atəş xəttinə çıxacaqlar.

Ölkəmiz Tiflis turnirində baş məşqçi İradə Aşumova (o həm də oyunçudu) və Vladimir Lunyovun rəhbərliyi altında 10 snayperlə iştirak edə bilər. Hələliksə Aşumovayla yanaşı, Ruslan Lunyov, Nigar Bağırova, Rəsul Məmmədov, Aynur Mirişli, Cəmalə Süleymanovanın Tiflisə gedəcəyi dəqiqləşib.