13:56 15-10-2010
news_image
1186
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov Levon Aronyanla üz-üzə

Noyabrın 5-də Rusiyanın paytaxtı Moskvada Mixael Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Azərbaycanın şərəfini Şəhriyar Məmmədyarov qoruyacaq. Apasport.az saytının məlumatına görə, dairəvi sistem üzrə təşkil ediləcək yarışda qrossmeysterimizlə yanaşı, Vladimir Kramnik, Aleksandr Qrişuk, Sergey Karyakin (hamısı Rusiya), Pavel Elyanov (Ukrayna), Boris Gelfand (İsrail), Aleksey Şirov (İspaniya), Hikaru Nakamura (ABŞ), Levon Aronyan (Ermənistan) və Van Hao (Çin) mübarizə aparacaqlar.
Turnirə noyabrın 14-də yekun vurulacaq.

Qeyd edək ki, dünya, Avropa və Olimpiya çempionu titulunu qazanan Mixael Tal 1992-ci ildə 55 yaşında vəfat edib.