14:44 15-10-2010
news_image
2073
DİGƏR NÖVLƏR

Ana İvanoviç oyun zamanı tualetə qaçdı

Dünyanın ən gözəl tennisçilərindən olan serbiyalı Ana İvanoviç kortlarda nadir hallarda rast gəlinən hadisə ilə yadda qalıb. Apasport.az saytının məlumatına görə, o rəqibi çexiyalı Barbora Zahlavova-Strıkovanın servis atacağı anda hər kəsi çaşdıracaq hərəkət edib.

İvanoviç hesabda 1:0 hesabı ilə irəlidə olarkən, kortu tərk edərək ayaqyoluna qaçıb. Hakimin və Zahlavovanın nəzəri baxışları arasında 1 dəqiqədən çox orada oturan tennisçi qayıdanda rahat şəkildə görünüb.

Ancaq icazəsiz getdiyi üçün və gecikdiyi hər 20 saniyəyə görə cəza balı alıb və hesab bərabərləşib – 1:1. İvanoviç oyundan sonra bu hərəkətinə şərh verib və yoqurt yediyi üçün belə halla üzləşdiyini bildirdi.

Qeyd edək ki, serbiyalı tennisçi Avstriyanın Linz şəhərində keçirilən beynəlxalq turnirdə Zahlavova-Strıkovanı məğlub edərək 1/4 finala yüksəlib.