17:13 15-10-2010
news_image
1358
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmat tarixində yeni səhifə açılır

Sabah Azərbaycan şahmat tarixində yeni səhifə açılacaq. Apasport.az saytının məlumatına görə, yeni yaradılan SOCAR komandası Bolqarıstanın Plovdiv şəhərində Avropa klub çempionatında mübarizəyə başlayacaq.

Yarışda həmyerlilərimizlə birgə 49 komanda Avropa çempionu adı uğrunda qüvvəsini sınayacaq. 7 turdan ibarət olacaq yarışın rəsmi açılış mərasimi və kapitanların görüşü sabah baş tutacaq. İlk tur oktyabrın 17-də start götürəcək və 23-də qitə çemionunun adı bəlli olacaq. 24-də isə yarışın bağlanış mərasimi baş tutacaq.

Xatırladaq ki, heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli, Aleksandr Qrişuk (Rusiya), Aleksey Şirov (İspaniya), Maksim Vaşyer-Laqrav (Fransa) və Rustam Qasımcanov (Özbəkistan) olan komandamıza Olimpiya çempionu Vladimir Tukmakov kapitanlıq edəcək.