20:40 17-10-2010
news_image
2564
STOLÜSTÜ OYUNLAR

SOCAR-dan inamlı start - YENİLƏNİB

Bu gün Bolqarıstanın Plovdiv şəhərində şahmat üzrə Avropa klub çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, yarışda ilk dəfə Azərbaycan komandası da qatılıb. SOCAR debüt etdiyi qitə birinciliyində inamlı start götürüb.

Makedoniyanın “Gambit-Asseco-See” klubu ilə oyunda təmsilçimiz rəqibinə cəmisi yarım xal verib. Bu da ilk lövhədə Şəhriyar Məmmədyarovun Mitkovla heç-heçəsindən sonra olub.

Vladimir Tukmakovun kapitanı olduğu SOCAR-ın heyətində digər lövhələrdə şahmatçılarımız qələbə qazanıb.

Qeyd edək ki, 7 turdan ibarət Avropa klub çempionatına oktyabrın 23-də yekun vurulacaq.


I tur

SOCAR - Gambit-Asseco-See - 5,5:0,5

Şəhriyar Məmmədyarov (2756) – Marjan Mitkov (2392) 0,5:0,5
Aleksandr Qrişuk (2760) – Orse Dansevski (2402) - 1:0
Maksim Vaşyer-Laqrav (2721) – Zoran Stojcevski (2355) - 1:0
Rustəm Qasımcanov (2685) – Atanas Kizov (2389) - 1:0
Rauf Məmmədov (2660) – Oliver Orqandziyev (2321) - 1:0
Eltac Səfərli (2607) – Ljubisa Andonovski (2295) - 1:0