11:20 19-10-2010
news_image
1287
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimov Çinə yollandı

Sabah Çinin Nankin şəhərində şahmat üzrə “Böyük dəbilqə” turnirinin I mərhələsinin ilk turuna start veriləcək. Apasport.az saytının məlumatına görə, bu mötəbər yarışda Azərbaycanı Vüqar Həşimov (2719) təmsil edəcək. Turnirdə qrossmeysterimizlə yanaşı, Maqnus Karlsen (Norveç, 2826), Veselin Topalov (Bolqarıstan, 2803), Vişvanatan Anand (Hindistan, 2800), Van Yue (Çin, 2732) və Etyen Bakro (Fransa, 2716) mübarizə aparacaqlar.
İki dövrədən ibarət olacaq yarışa oktyabrın 30-da yekun vurulacaq.

Qeyd edək ki, Karlsen, Topalov və Anand Beynəlxalq Şahmat Federasiyasının (FİDE) reytinq cədvəlində ilk “3-lükdə” qərarlaşıblar.