21:22 20-10-2010
news_image
3095
STOLÜSTÜ OYUNLAR

90-a az qalmışdı... - YENİLƏNİB

Şahmat üzrə klublararası Avropa çempionatında bu gün IV turun oyunları keçirilib. Bolqarıstanın Plovdiv şəhərində təşkil olunan qitə birinciliyinin hesabat turu da komandamız üçün uğurlu olub.

Belə ki, əvvəli görüşlərini qələbə ilə başa vuran “SOCAR-Azerbaijan” bu dəfə “Vesnyanka Gran”ı (Belarus) məğlub edib. Komandamızın heyətində həmyerlilərimizdən Şəhriyar Məmmədyarov, Eltac Səfərli, fransız Maksim Vaşyer-Laqrav daha tez qələbə qazanıblarsa, rusiyalı Aleksey Qrişuk buna 89-cu gedişdə nail olub. İspaniyalı Aleksey Şirovla millimizin üzvü Rauf Məmmədov isə lövhədən yarım xalla ayrılıblar.


IV tur

VESNYANKA GRAN – SOCAR - 1:5


Andrey Jidalko (2580) - Şəhriyar Məmmədyarov (2756) - 0:1
Kirill Stupak (2502) - Aleksandr Qrişuk (2760) - 0:1
Vitali Teteryev (2511) - Aleksey Şirov (2749) - 0,5:0,5
Yevgeni Podolçenko (2506) - Maksim Vaşyer-Laqrav (2721) - 0:1
Yuri Tihonov (2486) – Rauf Məmmədov (2660) - 0,5:0,5
Yevgeni Moçalov (2392) – Eltac Səfərli (2607) - 0:1

Qeyd edək ki, 3 turdan sonra “Bihac CK” (Bosniya və Herseqovina), “Ekonomist-SGSEU-1” (Rusiya), “Mika” (Ermənistan), “SOCAR-Azerbaijan” və “ShSM-64” (Rusiya) klubları xal itirməyiblər və əmsallarına görə 1-5-ci yerləri bölüşürlər.