15:34 20-10-2010
news_image
1699
STOLÜSTÜ OYUNLAR

Həşimov Topalovla heç-heçə oynadı

Bu gün Çinin Nankin şəhərində şahmat üzrə “Böyük dəbilqə” turnirinin I mərhələsinin ilk turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bu mötəbər yarışda qrossmeysterimiz Vüqar Həşimov (2719) I turda bolqarıstanlı Veselin Topalovla (2803) qarşılaşıb. 5 saat davam edən matçda həmyerlimiz qara fiqurlarla mübarizə aparıb və 55-ci gedişdə rəqibin sülh təklifini qəbul edib.
Digər görüşlərdə isə Maqnus Karlsen Etyen Bakronu məğlub edib, Vişvanatan Anand isə Van Yue ilə xalları yarı bölüb.

İki dövrədən ibarət olacaq yarışa oktyabrın 30-da yekun vurulacaq.

I tur

Veselin Topalovla (Bolqarıstan, 2803) - Vüqar Həşimov (Azərbaycan, 2719) - 0,5:0,5
Vişvanatan Anand (Hindistan, 2800) - Van Yue (Çin, 2732) - 0,5:0,5
Maqnus Karlsen (Norveç, 2826) - Etyen Bakro (Fransa, 2716) - 1:0


Qeyd edək ki, Karlsen, Topalov və Anand Beynəlxalq Şahmat Federasiyasının (FİDE) reytinq cədvəlində ilk “3-lük”də qərarlaşıblar.