60 gedişə yarım xal - YENİLƏNİB
Bu gün Çinin Nankin şəhərində şahmat üzrə “Böyük dəbilqə” turnirinin I mərhələsinin II turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk görüşündə bolqarıstanlı Veselin Topalovla (2803) heç-heçə edən Vüqar Həşimov (2719) bu dəfə də lövhədən yarım xalla ayrılıb. 5 saata yaxın davam edən görüşdə qara fiqurlarla Van Yueyə (Çin, 2732) qarşı oynayan qrossmeysterimiz 60-cı gedişdə sülh bağlayıb.
II tur
Van Yue (Çin, 2732) - Vüqar Həşimov (Azərbaycan, 2719) - 0,5:0,5
Vişvanatan Anand (Hindistan, 2800) - Maqnus Karlsen (Norveç, 2826) - 0,5:0,5
Etyen Bakro (Fransa, 2716) - Veselin Topalovla (Bolqarıstan, 2803) - 0,5:0,5
2 turdan sonra turnir cədvəlinə 1,5 xalla Karlsen başçılıq edir. Aktivində 1 xalı olan Həşimov, Yue, Anand və Topalov 2-5-ci yerləri bölüşürlər. Bakro isə 0,5 xalla “6-lığı” tamamlayır.