20:50 21-10-2010
news_image
3069
STOLÜSTÜ OYUNLAR

SOCAR-ı dayandıran tapıldı - YENİLƏNİB

Bolqarıstanın Plovdiv şəhərində keçirilən klublararası Avropa çempionatı davam edir. Apasport.az saytının xəbərinə görə, V tur ilk dəfə yarışa qatılan Azərbaycan təmsilçisi “SOCAR-Azərbaijan” üçün uğursuz olub.

Komandamız hesabat turuna lider kimi çıxdığı qitə birinciliyində ardıcıl 4 qələbədən sonra ilk məğlubiyyətini alıb. Rusiyanın “Ekonomist-SGSEU-1” klubu ilə görüşdə 6 lövhədə yalnız 1 təmsilçimiz qələbə qazanıb. Bu da Aleksandr Qrişukun sayəsində olub ki, üçüncü lövhədə oynayan rusiyalı şahmatçı 56-cı gedişdə rəqibini təslim edib.

Təəssüf ki, Qrişukdan başqa heç kim qələbə qazana bilməyib. Həmyerlimiz Şəhriyar Məmmədyarov 1-ci, ispan Aleksey Şirov 4-cü, fransız Maksim Vaşyer-Laqrav 5-ci lövhədən məğlub ayrılıb. Hələlik qələbə üzünə həsrət qalan Teymur Rəcəbovla, özbək Rüstəm Qasımcanovun qazancı isə 0,5 xal olub.

V tur

EKONOMİST-SGSEU-1 – SOCAR - 4:2


Pavel Elyanov (2761) - Şəhriyar Məmmədyarov (2756) - 1:0
Yevgeni Tomaşevski (2701) - Teymur Rəcəbov (2748) - 0,5:0,5
Yevgeni Alekseyev (2691) - Aleksandr Qrişuk (2760) - 0:1
Dmitri Andreykin (2669) - Aleksey Şirov (2749) - 1:0
Aleksandr Moyseenko (2658) - Maksim Vaşyer-Laqrav (2721) - 1:0
Hua Ni (2643) - Rüstəm Qasımcanov (2685) - 0,5:0,5