15:04 22-10-2010
news_image
1794
STOLÜSTÜ OYUNLAR

Ağlar Vüqar Həşimova düşmədi - YENİLƏNİB

Çinin Nankin şəhərində şahmat üzrə “Böyük dəbilqə” turnirinin I mərhələsinin III turunun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, ilk 2 turda qara fiqurlarla bolqarıstanlı Veselin Topalov (2803) və çinli Van Yue (2732) ilə heç-heçə edən Vüqar Həşimov (2719) bu dəfə ağlarla heç 0,5 xala da sahib ola bilməyib. Qrossmeysterimiz III turda fransalı Etyen Bakro (2716) ilə görüşdə uduzub.

III tur

Maqnus Karlsen (Norveç, 2826) - Van Yue (Çin, 2732) - 1:0
Veselin Topalov (Bolqarıstan, 2803) – Vişvanatan Anand (Hindistan, 2800) - 0:1
Vüqar Həşimov (Azərbaycan, 2719) - Etyen Bakro (Fransa, 2716) - 0:1

III turdan sonra turnir cədvəlinə 2,5 xalla Karlsen başçılıq edir. İkinci yerdə qərarlaşan Anand 2 xala sahibdir. Üçlüyü 1,5 xalla Bakro tamamlayır. 4-6-cı pillərlərdə olan Yue, Topalov və Həşimov isə aktivinə 1 xal yığa bilib.