20:46 22-10-2010
news_image
2442
STOLÜSTÜ OYUNLAR

Şirov SOCAR-a qələbə qazandırır

Bu gün Bolqarıstanın Plovdiv şəhərində təşkil olunan Avropa klub çempionatında VI turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, dünən gözlənilmədən “Ekonomist-SGSEU-1” (Rusiya) klubuna 2:4 hesabı ilə uduzan “SOCAR-Azerbaijan” çempionluq şansını azaldıb.

İlk 4 görüşündə dalbadal qələbələrini sıralayan təmsilçilərimiz bu gün şimal qonşularımızın digər komandası - “Sankt-Peterburq Chess Club”la matçda məğlubiyyətin revanşını ala bilməsələr, ilk “3-lük”də yer almaq işlərini də çətinə salacaqlar. Azərbaycan komandası kimi yalnız 1 görüşdə uduzan rəqibimiz orta reytinqinə görə çempionatının 2-ci komandasıdır və əmsallara görə 4 yerdə qərarlaşan “SOCAR-Azerbaijan”dan 2 pillə geri qalır.

“Sankt-Peterburq Chess Club” digər rəqiblərimizlə müqayisədə kifayət qədər güclüdür və heyətində tanınmış şahmatçılar yer alıblar. Belə ki, rusiyalıların şərəfini Vasili İvançuk (2754), Zahar Yefimenko (2683, hər ikisi Ukrayna), Peter Svidler (2731), Nikita Vitiuqov (2709), Vadim Zvaqinsyev (2664), Konstantin Sakayev (2607), Vasili Yemelin (2571, hamısı Rusiya) və Sergey Movsesyan (2723, Slovakiya) qoruyurlar.

Dünənki məğlubiyyətin əvəzini çıxmaq üçün kapitanımız Vladimir Tukmakov yenidən əsas heyətə güvənib. Ukrayna yığmasına Olimpiya çempionu titulunu qazandıran mütəxəssis 2 yetirməsi - Vasili İvançuk və Zahar Yefimenkoya qarşı Şəhriyar Məmmədyarov və Maksim Vaşyer-Laqrava şans verib.

VI tur

SANKT-PETERBURQ CHESS CLUB – SOCAR 2,5:3.5


Şəhriyar Məmmədyarov (2756) - Vasili İvançuk (2754) - 0,5:0,5
Teymur Rəcəbov (2748) - Peter Svidler (2731) - 0,5:0,5
Aleksandr Qrişuk (2760) - Nikita Vitiuqov (2709) - 0,5:0,5
Aleksey Şirov (2749) - Sergey Movsesyan (2723) - 1:0
Maksim Vaşyer-Laqrav (2721) - Zahar Yefimenko (2683) - 0,5:0,5
Rüstəm Qasımcanov (2685) - Konstantin Sakayev (2607) - 0,5:0,5

5 oyundan sonra “Ekonomist-SGSEU-1” (Rusiya) 10 xal toplayıb və vahid lideridir. Onlardan 1 xal geri qalan “Mika” (Ermənistan) 2-ci yerdədir. Aktivində 8 xalı olan “SOCAR-Azerbaijan” isə əmsallara görə 4-cü yeri tutur.