13:31 22-10-2010
news_image
1346
DİGƏR NÖVLƏR

Şarapova nişanlandı

Rusiyalı tennis ulduzu Mariya Şarapova subaylığın daşını atıb. Apasport.az saytının məlumatına görə, məşhur idmançı MBA-nın “Leykers” basketbol komandasının üzvü Saşa Vujaciçlə nişanlanıb.

Amerikada çıxış edən serbiyalı oyun qurucusu bundan məmnundur. O bildirib ki, nişan mərasimi keçirilsə də, hələ toyun vaxtı müəyyənləşməyib: “Şarapova ilə nişanlanmaq xəbərimiz doğrudur. İkimiz də xoşbəxtik. Artıq başqa məsələləri həll etməyin vaxtıdır. Amma hələ toy günümüzü dəqiqləşdirməmişik”.